SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda gecə saatlarında ictimai asayişi pozan bir qrup şəxslərlə bağlı bəzi məlumatlar üzə çıxıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslər cinsi azlıq nümayəndələridir.

Hadisə Xətai rayonu, Həsən Salmani küçəsi 1a ünvanında baş verib.

Belə ki, orada yaşayan kişi intim xidmət göstərilməsi üçün evinə xanımlar dəvət edib. Həmin şəxslər gəldikdə onların cinsi azlıq nümayəndələri olduğu müəyyənləşib və kişi buna görə pul ödəməkdən imtina edib.

Nəticədə mübahisə baş verib. Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Cinsi azlıq nümayəndələrindən biri dəyənəklə polis əməkdaşına zərbə endirib.

Həmin şəxslər hazırda polis bölməsindədirlər və faktla bağlı araşdırma aparılır.

***10:36

"Xuliqanlıq hərəkətləri ilə müşahidə olunan halla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır".

Bunu BAKU.WS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O, əlavə edib ki, həmin şəxslər saxlanılıb və araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq: "Baş verən hadisə şəxsi münasibətlər zəmnindədir. Əlavə məlumat veriləcək".

***09:38

Bakıda bir qrup şəxs gecə saatlarında ictimai asayişi pozub.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən "Sevinc" restoranının qarşısında baş verib.

Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.

Hətta biri dəyənəklə polis əməkdaşına zərbə endirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Görüntüləri olduğu kimi təqdim edirik:

Orxan Hüseyn
BAKU.WS
VİDEO