SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, dava küçədə olub.

Belə ki, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs tələbələri - 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996-cı il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib. 

R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.