VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Sabunçu rayonunda gecə saatlarında qanlı cinayət törədilib.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə 01:30 radələrində Maştağa qəsəbəsi Savalan yaşayış massivində qeydə alınıb.

Qəsəbə sakini 1966-cı il təvəllüdlü Mehman Əliyev şəxsi münasibətlər zəmnində 1968-ci il təvəllüdlü Rasim Quliyevlə mübahisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Rasim Quliyev cibindən bıçaq çıxardaraq Mehman Əliyevi ürək nahiyyəsindən vurub.

Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Cinayəti törədən Rasim Quliyev hadisə yerindən qaçıb. Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rasim Quliyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS