SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Səhiyyə Nazirliyi "Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfüq Qurbanovun ailə faciəsinə aydınlıq gətirib. 

Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzNews.az-a açıqlamasında bildirib ki, hazırda M.Qurbanovun ailə üzvləri 5 nömrəli xəstəxananın reanimasiya şöbəsindədir: "Üçünün də vəziyyəti ağırdır. Hər üçü reanimasiya şöbəsindədir”. 

Qeyd edək ki, bu gün səhər saatlarında "Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanovun evində dəhşətli partlayış hadisəsi olub. Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banıçiçək Qurbanlı ölüb, digər üzvləri isə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. 
 
BAKU.WS