“Location”dakı partlayışda yanan bloger: "1 yaşım mübarək" - VİDEO

“Location”dakı partlayışda yanan bloger: 1 yaşım mübarək - VİDEO
Video
Hadisə 646

Bloger Merlin Təranə (Təranə Rzayeva) sosial şəbəkədə ötən il baş verən “Location” klubundakı partlayışla bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, bədbəxt hadisədə ağır dərəcəli yanıq xəsarətləri alan Merlin həkimlərin ilkin tibbi müdaxiləsi nəticəsində həyatda qalmağı bacarıb.

O, sosial şəbəkədə paylaşdığı videoda hadisədən artıq bir ötdüyünü qeyd edib. Bloger həmin gün vəfat edənlərə Allahdan rəhmət diləyib:

"Tanrıya çox şükür bu gün üçün... varlığım üçün... yenidən doğulduğum üçün... 1 yaşım mübarək. Əllərimi, ayaqlarımı əvvəlki vəziyyətə qaytaran həkimimə təşəkkür edirəm. Sağ qalan hər kəsi təbrik edirəm. Biz çox xoşbəxtik. Rəhmətə gedənlərə Allahdan rəhmət və bağışlanmaqlarını diləyirəm".

Xatırladaq ki, ötən ilin bu günü gecə saatlarında Bakının mərkəzində, Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda ("Room" klubunun qarşısında) partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar olub. DİN və Baş Prokurorluğun məlumatına görə 4 nəfər ölüb, 37 nəfər yaralanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər