Bakı metrosunda TƏHLÜKƏLİ ANLAR: Sərnişindən ağlasığmaz hərəkət - VİDEO

Bakı metrosunda sərnişin özbaşınalığı təhlükəli vəziyyət yaşadıb.
Bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.
Belə ki, gənc sərnişin qatar hərəkətdə olarkən vaqonlararası keçid qapısını açıb. Bu da yetməzmiş kimi digər vaqona tərəf uzanaraq pəncərəni döyüb, geri qayıdır. Qeyd edək ki, hadisə metronun “Nizami” stansiyasında qeydə alınıb.
Bu vəziyyət digər sərnişinlər üçün də təhlükəli vəziyyət yaradıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülərlə bağlı məsələ araşdırmaya verilib.
DİN-in Mətbuat Xidmətindən bildiriblər ki, yayılan görüntülərdən məlumatlıdırlar:
“Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Metropolitenin Polis İdarəsində araşdırmalar aparılır”.
Oxşar xəbərlər
Bakı metrosunda qatarda problem yarandı, sərnişinlər düşürüldü - YENİLƏNİB
Saat 7:26-da "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb. Bu barədə BAKU.WS-ə "Bakı Me...
