Azərbaycanda ağır yol qəzası - Ölən və yaralanan var

23
mar
2023
18:48
Şamaxıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü 1996-cı il təvəllüdlü Qədirli Elgün Pənah oğlu və sərnişin 1970-ci il təvəllüdlü Əliyev Arif Şəmi oğlu ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Həkimlərin bütün səylərinə baxmayaraq, Əliyev Arif Şəmi oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Sürücünün vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Bura qız arxasınca gəlirsən?” - Elgünün qətlinin TƏFƏRRÜATI
Tərtərdə 21 yaşlı gənci öldürən 18 yaşlı məktəblinin məhkəmə prosesi başa çatıb. BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi...
