Qubada keçmiş polis əməkdaşının "Prado" ilə vurduğu kişi 5 gün sonra ölüb

21
mar
2023
13:31
Qubada polis əməkdaşının avtomobillə vurduğu 82 yaşlı kişi 5 gün sonra ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Alekseyevka kəndi ərazisində baş verib.
1992-ci il təvəllüdlü, əvvəllər Quba RPŞ-nin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləmiş Heydərov Firuz Abdulla oğlu martın 15-də idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə 1941-ci il təvəllüdlü Babəliyev Hacıağa Mərdəli oğlunu vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Arif Alışanovun şikayəti ilə tutulan şəxs həbsxanada öldü
AzTV-nin keçmiş sədri Arif Alışanovun şikayəti ilə həbs edilən və 17 il azadlıqdan məhrum edilən Qoçəli Cəbiyev cəzaçəkmə müəssisəsində vəfat edib. BAKU.WS xəbə...
