SİZİN REKLAM BURADA!
055 213 76 73


Naftalanda sabiq icra başçısının qardaşı oğlu avtomobil qəzasında ölüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 1990-cu il təvəllüdlü Quliyev Cavid Müsəllim oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

Qeyd edək ki, C.Quliyev Goranboy Rayonun İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS