SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə gömrükdən 13 pişik keçirmək istəyən şəxs saxlanılıb.
 
BAKU.WS-in məlumatına görə, qaçaqmalçılıq yolu ilə bala pişikləri ölkəyə keçirmək istəyən şəxs heyvanları mağazalara satmağı planlaşdırırmış. Aşkarlanan pişiklərdən 3-ü yolda gətirilərkən tələf olub. Qalan 10 pişiyin isə tender üsulu satılması qərarlaşdırılıb.
 
Bu pişiklərin 6-sı İran, 4-ü ingilis mələzi olduğu açıqlanıb. Gömrükdə əl qoyulan pişiklərin bazar qiymətinin 3 min avroya qədər çatdığı ifadə edilib. Türkiyədə 20 oktyabr tarixində tenderdə 10 bala pişik 7 min 80 lirədən satışa çıxarılacaq. 
 
BAKU.WS