SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıya Finlandiyadan gələn pişik böyük marağa səbəb olub. 

BAKU.WS-in məlumatına görə, Finlandiyadan konteynerlə təkərlərin arasında Bakıya gələn pişik insanların çaşqınlığına səbəb olub. Bakıdakı şirkət nümayəndələri təkər partiyasının arasında pişik olduğunu görüblər. Bundan sonra Bakıdan Finlandiyaya pişik haqqında xəbər verilib. Finlandiyada təhlükəsizlik kameralarına baxıldığı zaman pişiyin həqiqətən də konteynerə girdiyi görünüb.
 
Ancaq Finlandiyadakı şirkətin nümayəndələri Bakıya pişiyi orada saxlaya biləcəklərini bildiriblər. Pişik hazırda Bakıdakı mağazada yaşayır. Maraqlısı ondadır ki, pişik Azərbaycan istehsalı olan kolbasa yemir. Ona yalnız hazır heyvan yeməkləri verilir.
 
Daha ətraflı ATV-nin hazırladığı sujetdə tanış ola bilərsiniz.     
 
Şahin Həbibov
BAKU.WS