SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Qaradağ rayonu ərazisində təmizlik işçiləri yük maşınının arxasında daşınıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

İddialara görə, Qaradağ rayonunda təmizlik işçilərini heç bir təhlükəsizlik qaydalarına əməl edilmədən yük maşını ilə ünvana çatdırırlar. 

Görüntülərdən aydın olur ki, insanlar ayaq üstə olduğu zaman yük maşını arxası açıq formada hərəkətə davam edir. İstənilən xırda yol nəqliyyat hadisəsinin necə faciəvi sonluqla nəticələnə biləcəyi isə sirr deyil. 

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO