SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qadını zorla qaçırmaq istəyən şəxslər saxlanılıblar. 

BAKU.WS xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hazırda araşdırmalar davam etdirilir.

***15:26

Daxili İşlər Nazirliyi Bakıda qadının zorla maşına mindirilərək qaçırılması hadisəsinə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov BAKU.WS-ə bildirib ki, görüntülər araşdırılıb:

"Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikrindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir".

***15:09

Paytaxtın Binəqədi rayonunda qızqaçırma hadisəsi baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Məlumata görə, hadisə rayonun Adil Məmmədov ünvanında qeydə alınıb. 99-TU-728 nömrə nişanlı "Opel" markalı maşındakı şəxslər qızı zorla qaçırıb. Hadisə şahidinin sözlərinə görə, qız evdən qaçıbmış.

Ətrafdakılar hadisə ilə bağlı 102-yə müraciət ediblər.

BAKU.WS
VİDEO