SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu, Xırdalan şəhərində qadın ərini bıçaqlayıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saat 00:40 radələrində “Bakı Gecələri” restoranının qarşısında Ş.Baxşıyeva həyat yoldaşı K.Babayevə bıçaqla ağır xəsarət yetirib. Ürək nahiyəsindən xəsarət alan kişi xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalardan sonra hadisənin ər və arvadı arasındakı pul mübahisəsinə görə baş verməsi müəyyən edilib.

Ş.Baxşıyeva saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.

BAKU.WS