SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yolun kənarına aşması nəticəsində Yardımlı rayon sakini, 1995-ci il təvəllüdlü T.Kərimova və onun azyaşlı övladı xəsarət alıblar.

Yaralılar rayon xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS