Azərbaycanda ağır yol qəzası: 5 nəfər öldü - YENİLƏNİB

Cəlilabadda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə zamanı "VAZ-2107" və "Mitsubishi" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Məlikov Saleh İshaq oğlu, sərnişinlər 1978-ci il təvəllüdü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində ölüb. Onların hamısı Cəlilabad rayonunun Şabanlı kənd sakinləridir.
Qəza nəticəsində "Mitsubishi" markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakinləri, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
***13:26
Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadının xəyanətini bilən kişidən dəhşətli əməl
Yevlax şəhərində 1983-cü il təvəllüdlü Natiq qısqanclıq zəminində həyat yoldaşı Jaləyə işgəncə verib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, o, yaşad...
