SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin aşması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Yaralılar Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ağsu rayonunda yük avtomobilinin aşması nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində yük avtomobilinin aşması nəticəsində Qobu qəsəbə sakini, 32 yaşlı Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt sakini, 26 yaşlı Abdullayev Rasim Rüstəm oğlu xəsarətlə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Tahir Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb.

BAKU.WS
VİDEO