SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağsu aşırımda baş verən yol-nəqliyyat hadisəsinin detalları məlum olub. Hadisə zamanı avtomobildə iki nəfər olub. Onlardan birinin vəziyyəti ağır olduğu üçün həyatını xilas etmək mümkün olmayıb.

APA-nın məlumatına görə, ölən şəxs Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğludur. Sumqayıt sakini, 1993-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu isə xəsarət alıb.

***12:59

Ağsu aşırımında yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus avtomobil sürücünün idarətməsindən çıxaraq aşağı yuvarlanıb.

Məlumata görə, sürücü döngə manevri düzgün yerinə yetirmədiyi üçün avtomobil aşıb.

Hadisə nəticəsində sürücü yaralanıb. Yoldan keçənlərin köməkliyi ilə o, avtomobildən çıxarılıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili isə yolda xarab olub. Təcili yardım briqadası hadisə yerinə başqa avtomobillə gediblər.

BAKU.WS
QALEREYA