VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında rayonun Cəlayir kəndində qeydə alınıb.

"VAZ 2106" markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması nəticəsində rayonun Qəşəd kənd sakinləri, 1981-ci il təvəllüdlü Osmanova Pərigül Bədəl qızı, 1986-cı il təvəllüdlü Bədəlova Güləndam Ədalət qızı, 1968-cı il təvəllüdlü Nuriyeva Dürdanə Baba qızı və bir körpə uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, xəsarət alan şəxslər nişan mərasimindən geri qayıdarkən qəzaya düşüblər.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS