SİZİN REKLAM BURADA!
055 213 76 73


Xocalı rayon Polis Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov BAKU.WS-ə bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, Hüseyn Mövsümovun idarə etdiyi "Mercedes" markalı yük avtomobili yolun sürüşkən olmasına görə idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

BAKU.WS