Bakıda polis rəisinin qardaşı ofisə basqın edib

03
fev
2023
16:46
Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.
Ağır xəsarət alan Musa Allahverdiyev xəstəxanaya yerləşdirilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.
Məlumata görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.
Oxşar xəbərlər
Sumqayıtda qətl törədib xaricə qaçdı: “Cinayəti boynuna götür, mən cavanam”
2019-cu ildə Sumqayıtda baş vermiş cinayət hadisəsinin təfərrüatlarına baxdıqca insanın beyninə bir fikir gəlir: Məgər mübahisəni başqa cür, xoşluqla yoluna qoy...
