Azərbaycanda 14 aylıq körpə qəfil öldü - YENİLƏNİB

Azərbaycanda 14 aylıq körpə qəfil öldü - YENİLƏNİB
Hadisə 169

Şəki rayonunda körpənin vəfat etməsi barədə açıqlama verilib.

BAKU.WS xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a bildirilib ki, 2021-ci il təvəllüdlü azyaşlı 03.02.2023-cü il tarixində təcili tibbi yardım avtomobili ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib:

“Hadisə barədə aidiyyəti orqanlara məlumat verilib”.

***10:59

Şəkidə 14 aylıq körpə vəfat edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib. 2021-ci il təvəllüdlü Ruhəngiz İsrafilovanın səhhəti qəfil pisləşdiyi üçün o, valideynləri tərəfindən xəstəxanaya gətirilib.

Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlının ürək çatışmazlığından öldüyü bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər