5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza Mirzəağa Əliyev küçəsində baş verib.

Belə ki, yüksək sürətlə “Mercedes” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın eyni istiqamətdə olan “Toyota”-ya çırpılıb. Ardıcıl olaraq “Toyota” eyni yolda olan “Hyundai”-a və digər “Toyota” markalı maşınlara dəyib.

Qəza nəticəsində “Mercedes” və “Toyota” markalı avtomobillərin iki sərnişini xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS
QALEREYA