Əməliyyatdan sonra ölən məktəbli ilə bağlı xəstəxanadan AÇIQLAMA -YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli, 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu yaşadığı evdə dünyasını dəyişib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, azyaşlı M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində əməliyyat olunub.
Məsələ ilə bağlı mərkəzdən sorğumuza verilən cavabda bildirilir ki, fevralın 1-i saat 20:25-də 2014-cü il təvəllüdlü vətəndaşın meyiti valideynləri tərəfindən Mərkəzə gətirilib:
“Baxış zamanı meyitdə ölüm təsdiq olunub. Bununla bağlı aidiyyəti orqanlara dərhal məlumat verilib. Daha sonra meyit ekspertizaya göndərilib.
Əlavə məlumat üçün bildiririk ki, 2014-cü il təvəllüdlü vətəndaşa 25.01.2023-cü il tarixində Mərkəzdə tonzillektomiya əməliyyatı icra olunub və 26.01.2023-cü il tarixində kafi vəziyyətdə evə yazılıb”.
Qeyd edək ki, A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.
*** 10:25
Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 2 gün əvvəl özəl klinikalardan birində əməliyyat olunan 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu daha sonra evə buraxılıb. Lakin o, Xətai rayonunda yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda məktəblinin döyülməsinə görə direktor işdən çıxarılıb - YENİLƏNİB
Lənkəranda məktəblinin döyülməsinə görə direktor işdən çıxarılıb. BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə müvafiq sərəncam verilib. Sərəncama görə,...
