SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın İrandakı Səfirliyinə edilən hücum nəticəsində diplomatik korpusun mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub.

BAKU.WS xəbər verir ki, Orxan Əsgərovun qohumlarından biri İTV-yə açıqlama verib. O, Orxanın İrandan başqa Azərbaycanın Polşa, Çin kimi ölkələrdəki səfirliklərdinə də çalışdığını və çox yaxşı insan olduğunu bildirib. 

Xatırladaq ki, O.Əsgərov Gəncə şəhərindəndir. Onun 2 övladı, bir oğlu və bir qızı var. Onun atasının Gəncədə tanınmış pediatr olduğu da məlumatlar arasındadır. 

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

BAKU.WS
VİDEO