SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Bundan sonra günorta saatlarında İranın Azərbaycandakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəlikdən sənədlərlə birgə qaçıblar.

BAKU.WS xəbər verir ki, bu barədə görüntüləri Baku TV yayıb.

İranın Azərbaycandakı səfirliyinin qarşısından birbaşa videobağlantısı zamanı səfirlikdən bir neçə şəxsin sənədlərlə birgə tələsik maşına minərək ərazidən uzaqlaşdığı görünür.

Xatırladaq ki, terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Ətraflı videonu təqdim edirik:

BAKU.WS
VİDEO