SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rusiya vətəndaşı İslam İbrahimov və sevgilisi Nigar Saqıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə İ.İbrahimov və N.Saqıyeva hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, İslam İbrahimov və Nigar Sadıqıyeva bir neçə nəfərdən torpaq sahələrinə sənəd düzəltmək, ticarət obyektlərinin eskiz layihələrini təsdiqlətmək adı ilə külli miqdarda pul alaraq qaytarmayıb.

Rusiya vətəndaşı olan İslam İbrahimov Bakı şəhər sakini Feyruz Babayevin tikdirmək istədiyi ofis və ticarət mərkəzinin eskiz layihəsinin Bakı Şəhər İcra Hakimiyyətində təsdiq edilməsi üçün ondan təxminən 44 min manat alıb, layihə təsdiqlənməyib, pulu da geri qaytarmayıb.

Nigar Saqıyeva isə Xaçmaz rayon sakini Fatma Fərzəliyevadan 16 min manat dəyərində qızıl-zinət əşyaları və 2800 manat nağd pul alıb. "Qızıl Fatma" ləqəbi ilə tanınan F.Fərzəliyeva pulunun bir hissəsinin geri qaytarılmadığını deyib.

Xatırladaq ki, İ.İbrahimov və N.Saqıyeva Cinayət Məcələsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir.
 
BAKU.WS