Bakıda birmərtəbəli evdə yanğın olub

16
yan
2023
23:27
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və dam örtüyü 15 m² sahədə, bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Balakən və Lənkəranda ev yanıb, xəsarət alanlar var
Balakən rayonunun Şambul kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd qapısının taxta üzlüyü...
