VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöl şəhərinin bəzi hissələrində içməli suyun verilməsində problemlər yaranıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-a bir neçə Göygöl şəhər sakini məlumat verib.

Onların sözlərinə görə, bir neçə gündür içməli suyun verilişi dayandırılıb. Sakinlər buna görə də su maşınları vasitəsilə gətirilən içməli sudan istifadə etməyə məcbur olublar.

Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemə şəhərə gələn su xəttinin Toğanalı kəndi ərazisindən keçən d-450 mm plastik magistral hissəsində yaranmış fəsad səbəb olub:

"Hazırda Göygöl Rayon Sukanal İdarəsi tərəfindən növbəli şəkildə, gecə və gündüz boruda təmir işləri davam etdirilir. Yaxın zamanda fəsad aradan qaldırılacaq və şəhər içməli su ilə təmin olunacaq".

BAKU.WS
QALEREYA