SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu Masazır qəsəbəsində 8-ci sinif şagirdi Şirinov Məhəmməd Vüsal oğlunun vəhşicəsinə döyülməsi ilə bağlı detallar məlum olub.

BAKU.WS xəbər verir ki, sinif yoldaşının atası və yaxınları tərəfindən döyülən azyaşlı "Stv xəbər"ə danışıb.

O bildirib ki, əvvəlcə sinif yoldaşı olan Ramazanla qəbiristanlıq tərəfdə dalaşıblar: "Əvvəlcə Ramazanla dalaşdıq. Məndən əl çəkmirdi, dalaşdım. Sonra atasına zəng etdi. Ramazanın atası, dayısı və iki nəfər məni döydülər. Mənə dedilər ki, səni betər günə qoyacağıq. Sonra kəllə vurdu. Özümü maşından çölə atdım. Dördü də məni döydülər".

Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırmalarına başlanılıb: "Zərərçəkən tərəfin izahatı alınıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisəyə hüquqi qiymətin verilməsi üçün araşdırmalar davam etdirilir".

***08:53

Abşeron rayonu Masazır qəsəbəsində 8-ci sinif şagirdi Şirinov Məhəmməd Vüsal oğlu hücuma məruz qalıb.

Bu barədə BAKU.WS-ə şagirdin ailə üzvləri məlumat verib.

Onlar bildirib ki, hadisə dünən məktəbdən evə qayıdarkən qeydə alınıb:

"Şirinov Məhəmməd Vüsal oğlu məktəbdən evə qayıdarkən dayanacaqda bir maşın saxlayıb. İçərisindən düşən üç nəfər küçənin ortasında, hamının gözü önündə uşağı möhkəm döyüblər. Yerə yıxıb sürüyərək, təpik və yumruqla çırpıblar, zorla maşına mindirmək istəyiblər.

Dünən xəstəxanada uşağın yarılmış qaşına tikiş düşüb. Bədəni gömgöydür. Uşağı döyənlər Məhəmmədin sinif yoldaşı Ramazanın atası və yandaşları olub. Səbəbi də uşaqların məktəbdəki mübahisəsi olub. Sinif yoldaşları da günahın məhz döyən adamların uşağında olduğunu deyirlər".

Hadisə ilə əlaqədar hüquq mühafizə orqanına müraciət edilib.

Orxan Hüseyn
BAKU.WS