İsmayıllıda dünən 12 yaşlı məktəblinin intiharından sonra daha bir dəhşətli hadisə baş verib.

 

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayonun Mican kənd sakini, 1991-ci il təvəllüdlü Hidayətov Asiman Nəriman oğlu yaşadığı evin zirzəmisində özünü kəndirlə asıb.

Ailə üzvləri onun intihar cəhdindən tez xəbər tutaraq kəndiri boynundan çıxarıblar.

A. Hidayətov ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda koma vəziyyətində olan gəncin özünə qəsd etmək istəməsinin səbəbi hələlik məlum deyil.

Yaxınlarının verdikləri məlumata görə, A. Hidayətov nişanlıdır, sentyabrın 20-də toyu olacaq. Qız toyu isə artıq keçirilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

BAKU.WS