Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var

04
dek
2022
13:31
Gəncədə evdə qaz balonu partlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Ələkbərova bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 41 yaşlı qadın yaşadığı evdə qaz balonunun partlaması nəticəsində yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
SON DƏQİQƏ - Azərbaycanda DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralılar var
Masallı rayonun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib.Bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən B...
