12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Olimpiya Kompleksində qətlə yetirilən 16 yaşlı idmançı Turan Rüstəmovun ailəsi adından dələduzluq edilir. 

BAKU.WS xəbər verir ki, naməlum şəxs və ya şəxslər T.Rüstəmovun adına sosial şəbəkələrdə saxta profil açıb. 

Dələduz, insanlara özünü mərhumun bacısı kimi təqdim edərək onlardan bank hesabına pul göndərməklərini xahiş edir. 

Hadisə ilə bağlı DİN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, məlumatdan xəbərdardılar. Araşdırma aparılır.

Qeyd edək ki, Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmov bir müddət öncə Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qətlə yetirilib. Onun öldürülməsində Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək törətməkdə şübhəli bilinir.

BAKU.WS
QALEREYA