SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Bülent Ersoyun dərzisi xəstəxanalıq olub.

BAKU.WS xəbər verir ki, sənətçinin sonuncu konsertində geyindiyi libası modelyer Semih Doğruerin atelyesində hazırlanıb. 5 dərzinin əmək sərf etdiyi geyim 24 saata ərsəyə gəlib.

Dayanmadan, gərgin iş rejimində çalışan dərzilərdən birinin yorğunluqdan halı pisləşib və xəstəxanaya yerləşdirilib. Bundan sonra Ersoy həmin işçilərin könlünü almaq üçün onlara 2000 dollar (təxminən 3400 AZN) məbləğində bəxşiş verib. 

Xatırladaq ki, ötən il sentyabrda İzmirdə keçirilən konserti zamanı ifaçının libası onu çətin vəziyyətə salıb. 

Belə ki, o, səhnədə oxuyarkən geyiminin sinə hissəsi açılıb. Ersoy açıqlamalarından birində "Artıq geyiminin sinə hissəsinə ikiqat tikiş vurdururam" deyə bildirib.

BAKU.WS Bülent Ersoyun dərzisini xəstəxanalıq edən geyiminin fotolarını təqdim edir:

BAKU.WS
QALEREYA