12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Bu gün Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Şağan Olimpiya Kompleksində cüdo yarışı zamanı baş verib.

Tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Qeyd edək ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

BAKU.WS [xfgiven_instagram3]
VİDEO
[/xfgiven_instagram3]