12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Bakıda özünü prokuror kimi təqdim edən şəxs dələduzluq edib.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, Axundov Sənan Fuad oğlu dələduzluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsilə ittiham elan olunub.

İttihama əsasən, S.Axundov özünü Baş Prokurorluğun əməkdaşı kimi təqdim edib. Zərərçəkmişi həbsxanalardan birinə nəzarətçi düzəltməyə inandırıb. Həmin şəxsdən isə işə düzəltmək qarşılığında deyil, özünün məişət problemləri üçün 500 manat pul alıb.

Həmçinin məlumata görə, Sənan Axundovun psixoloji problemləri var imiş və hadisəni törədərkən anlaqsız olduğunu etiraf edib.

Cinayət işinin istintaqı Binəqədi Rayon Məhkəməsində araşdırılacaq.

BAKU.WS