VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"28 Mall” alış-veriş mərkəzidə yerləşən geyim mağazalarından birində oğurluq hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, "Facebook”da istifadəçi öz profilində satıcısı olduğu uşaq geyimləri mağazasında baş verən oğurluq hadisəsindən yazıb. 
 
O, bildirib ki, Bilik gününə bir gün qalmış- yəni sentyabrın 14-də iki gənc qadın uşaq geyimləri mağazasına girərək, oğurluq ediblər:

"İki cavan qadın yanlarında uşaq bizim mağazaya girdilər ki, övladlar üçün geyimləri oğurlasınlar. Onlarda xüsusi apparat vardı, hansı ki, geyimlərin üzərində olan siqnalizasiyanı çıxarsın. Onlar oğurluğu olduqca "səliqəli” və "təmiz” həyata keçiriblər. Hətta paltarların asılqanlarını da oğurlayıblar... Onlar oğurladıqları paltarların siqnalizasiyalarını başqa kurtkaların cibinə qoyub qaçıblar. Həmin oğru qadına müraciət edirəm: sənin uşağının məktəb geyimlərini biz öz cibimizdən ödəməli olduq, Üç geyimə 355 manat!”
 
İstifadəçi oğurluqla bağlı video da paylaşıb.
 
Aysel.Ş
BAKU.WS