Binəqədi qəsəbəsi 179 saylı orta məktəbin direktoru Kamalə Şıxliniskaya sosial şəbəkələrdə və mediada yayılan "silahlı" fotosuna münasibət bildirib.

BAKU.WS-in 1news.az saytına istinadən verdiyi məlumata görə, direktor bildirib ki, avqust-sentyabrda Londonda yaşayan qardaşının yanına istirahətə yollanmışdı və həmin foto fotostudiyalardan birində çəkilib:

"Qardaşımın ailəsi ilə fotostudiyalardan birində olduq. Orada tarix və ədəbiyyatın müxtəlif mövzularına dair fotosessiylar təklif edilirdi. Təklif edilənlərdən ən çox Amerikanın 20-ci əsrin əvvəllərindəki tarixi mövzusu xoşumuza gəldi. Bu janrda fotolar çəkdikdən sonra mən Facebook vasitəsi ilə onları dostlarımla paylaşdım".

Direktor bildirib ki, onun sosial şəbəkədə çox az dostu var və şəkillər geniş auditoriya üçün açıq deyil. Facebook-un gizlilik bölümündə onun razılığı olmadan dəyişiklik baş verdiyini deyən Şıxliniskaya gözlənilmədən şəkillərin istənilən istifadəçi üçün əlçatan olduğunu və bu yolla ələ keçirildiyini bildirib: "Bu şəkillərdə nə tənqid hədəfi ola bilərdi, bunu anlamıram. Məktəb direktoru da istənilən insan kimi dincəlmək haqqına sahibdir".

 

BAKU.WS