VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 5 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Baku TV-yə Rəşad Dağlı haqqında danışan meyxanaçılar onun səbirli, dürüst insan olduğunu deyib.

“Qətlə yetirdiyi şəxslə aralarında nə baş verdiyini deyə bilmərəm”, - deyə meyxanaçı Ağamirzə Məmmədov qeyd edib.

***14:20

Tanınmış meyxanaçı Rəşad Dağlının törətdiyi qətllə bağlı yeni faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyxanaçı son olaraq dünən gecə “Monte Karlo” şadlıq evində keçirilən toyda iştirak edib.

Toyda Rəşad həmkarları ilə narkotik vasitələrin yayılması əleyhinə olan meyxanalar deyib. O, toydan çıxdıqdan sonra yaşadığı Yasamal rayonuna gedib və barəsində xoşagəlməz sözlər deyən qonşusu, 43 yaşlı İsgəndər Mehdiyevi görüşə çağırıb. Rəşad Dağlı həmin şəxsi avtomobilinə əyləşdirərək Lökbatan qəsəbəsi istiqamətinə aparıb, məlum qətl baş verib. Bildirilir ki, İ.Mehdiyev əvvəllər dəfələrlə Rəşad Dağlıdan pul tələb edib. O, həmçinin meyxanaçı barədə bir neçə dəfə xoşagəlməz sözlər işlədib.

Hüquq-mühafizə orqanındakı mənbə bildirir ki, bir neçə gün əvvəl İ.Mehdiyev Rəşad Dağlının ünvanına “onu içəridə üzdəniraq kimi tanıyırlar” kimi ifadələr də işlədib. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum edilmiş İ.Mehdiyev meyxanaçının ifasında səsləndirdiyi fikirlərə və sözlərə qarşı təhqirə yol verib. Rəşad Dağlının ötən gün iştirak etdiyi toydan videosunu təqdim edirik:

***14:09 

Gecə saatlarında qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) ifadə verib.

Bununla bağlı Sfera.az məlumat yayıb.

Qeyd edilib ki, Rəşad Dağlı polisə verdiyi ifadədə aralarında məişət zəminində mübahisə baş verdiyini bildirib və qətli şüurlu şəkildə, öldürmək məqsədilə törətdiyini etiraf edib.

***11:35

Rəşad Dağlının törətdiyi qətllə bağlı yeni təfərrüat məlum olub.

Baku TV-nin məlumatına görə, qətl R.Dağlıya məxsus “Niva” markalı avtomobildə baş verib.

Əldə edilən görüntülərdə avtomobilin salonunda qan izlərinin olduğu aşkar görünür.

Həmin görüntüləri təqdim edirik:

***11:07

Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi şəxslə bağlı bəzi detallar məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən İskəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub.

O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

***08:49

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb.

BAKU.WS
VİDEO

VİDEO