SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünən axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib. 

BAKU.WS "Report"a istinadən bildirir ki, yeraltı yol ötürücüsündə 12 avtomobil toqquşub. İlkin məlumata görə, qəzaya "MAN" markalı yük maşınını idarə edən Xaliq İbrahimovun sükan arxasında yuxulaması səbəb olub.
 
Qəza zamanı yük maşını sürət həddini aşıb. Nəticədə "MAN"la yanaşı, 3 "Mercedes", həmçinin "Nissan", "Lexus", "Priora", BMW və 4 digər avtomobilə ziyan dəyib.
 
Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Qəza nəticəsində tuneldə təqribən 1 saatdan çox sıxlıq yaranıb.
 
BAKU.WS