Metroda sərnişinin halı pisləşdi - AÇIQLAMA - FOTO

Bakı metropoliteninin “28 May” stansiyasında sərnişinlərdən birinin halı pisləşib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, kişi sərnişin metropoliten işçiləri tərəfindən oturacağa uzadılıb.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəstəyə tibbi yardım göstərilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun verdiyi açıqlamaya görə, 63 yaşlı sərnişinin ürək-damar sistemində problem var, bu səbəbdən halı pisləşib:

“Metropoliten əməkdaşları xəbər tutan kimi yaxınlaşıb ilkin yardım göstəriblər. Həmçinin dərhal təcili tibbi yardım xidməti çağırılıb, onlar da tibbi yardım göstəriblər. Hazırda vəziyyəti normaldır”.
Oxşar xəbərlər
Metroda problem - Sərnişinin halı pisləşdi - YENİLƏNİB - VİDEO
Bakı metrosunda yaranmış problemlə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni açıqlama yayıb. BAKU.WS xəbər verir ki,...
