Dəm qazından ölən şəxs hərbçi deyilmiş - RƏSMİ - YENİLƏNİB

Dəm qazından ölən şəxs hərbçi deyilmiş - RƏSMİ - YENİLƏNİB
Hadisə 158

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən BAKU.WS-ə daxil olan məlumatda bildirilir ki, nazirliyin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.

Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq.

***16:11

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

Son xəbərlər