SİZİN REKLAM BURADA!
055 213 76 73


Biləsuvarda baş verən ağır yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, yaralılar bunlardır:

1.Qədirov Elşən Vahid oğlu (1986) - Sumqayıt şəhəri

2.Əlişanov Rüstəm Fəxrəddin oğlu (1983) - Sumqayıt şəhəri

3.Abdullayev Süleyman Sadiq (1998) - Hacıqabul rayonu

4.Həsənov Emin Hakverdi oğlu (1988) - Sumqayıt şəhəri

5.Niftiyev Elmir Emin oğlu (1998) - Biləsuvar rayonu

6.İskəndərov Elmar Marif (1994) – Biləsuvar rayonu

7.İmanov Vaqif Nürəddin oğlu (1992) - Biləsuvar rayonu

8.Hacıyev Taryel Elhan oğlu ( 1992) - Qəbələ rayonu

9.Pirimov Razi Əliməhəmməd oğlu (1979) - Sumqayıt şəhəri

10.Əlizadə Elməddin Ələddin oğlu ( 1995) - Sabirabad rayonu

11.Bayramov Natiq Nizami (1989) - Sumqayıt şəhəri

12.Qədirov Elşən Vahid oğlu ( 1986) – Sumqayıt şəhəri

13.Hüseynov Nicat Fərhad oğlu (1987) – Sumqayıt şəhəri.

***16:16

Biləsuvar rayonunda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkət edən və içərisində magistral qaz kəmərinin çəkilişində iştirak edən işçilərin olduğu "BMW" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində "BMW" markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhübbə oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu hadisə yerində ölüb. 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onlardan artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, 1 nəfərin müalicəsi isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edir.

Hadisəyə ilkin səbəb kimi minik avtomobilinin qəfil dönməsi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS