Belarus vətəndaşı Balakəndə gömrük postunda ölüb

Belarus vətəndaşı Balakəndə gömrük postunda ölüb
Hadisə 50

Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində, Mazımçay Gömrük postunda ölüm hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Gürcüstandan Azərbaycan ərazisinə idarə etdiyi iri tonnajlı yük avtomobili ilə keçən, Belarus vətəndaşı, 1975-ci il təvəllüdlü Aleksandr Fusevin halı qəfildən pisləşib və elə orada keçinib.

Hadisə yerinə gələn həkim briqadasının ilkin rəyinə görə, xarici vətəndaş ürək tutmasından ölüb. Meyit müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Son xəbərlər