İsmayıllıda şortik qalmaqalına səbəb olan kənd sakini polis bölməsinə dəvət olunub - YENİLƏNİB/VİDEO

İsmayıllıda şortik qalmaqalına səbəb olan kənd sakini polis bölməsinə dəvət olunub - YENİLƏNİB/VİDEO
Video
Hadisə 1902

İsmayıllının Qalacıq kəndindəki şortik qalmaqalı ilə bağlı rəsmi açıqlama verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov BAKU.WS-ə bildirib ki, qeyd olunan məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət daxil olub.

Videoda görüntülənən kənd sakini İsmayıllı Rayon Polis Şöbəsinə dəvət edilib və hazırda müvafiq araşdırma aparılır.

***14.48

Azərbaycanda daha bir şortik qalmaqalı yaşanıb.

Belə ki, İsmayıllının Qalacıq kəndinə səfər edən vətəndaş problemlə üzləşib.

Qarşılaşdığı problemlə BAKU.WS-ə müraciət edən Ş.Kərimov kənddə zorakılıqla qarşılaşdığını bildirib.

O, şortiklə kəndin içindən keçərkən etiraz edən kənd sakinlərindən birinin onun qarşısını kəsərək çəkiliş aparmasına mane olduğunu bildirib.

Daha sonra maşınla ərazidən keçən daha bir şəxs onu tənqid edərək şortiklə kəndə gəlməməli olduğunu deyib.

Qeyd edək ki, avqust ayında da İsmayıllının Qalacıq kəndində yerli sakinlərlə turistlər arasında şortiklə bağlı eyni problem yaşanmışdı. Polisin kənd sakinləri ilə profilaktik söhbətindən sonra məsələ həllini tapmışdı.

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər