Ruhəngiz Qasımovanın nəşi Azərbaycana bu vaxt gətiriləcək - AÇIQLAMA

Ruhəngiz Qasımovanın nəşi Azərbaycana bu vaxt gətiriləcək - AÇIQLAMA
Hadisə 1007

"Babam bu ilin martında dünyasını dəyişib. Onun vəfatından sonra nənəm özünü toparlaya bilmədi. Həm də nənəm böyrək çatışmazlığından əziyyət çəkirdi. Bildiyiniz kimi, bibim Honq-Konqda yaşayır. O, müvəqqəti olaraq onun yanına getmişdi. Bir neçə gün sonra Azərbaycana qayıdacaqdı".

Bu sözləri BAKU.WS-ə açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın nəvəsi, "Səs Azərbaycan" yarışmasının iştirakçısı Hilal Süleymanov deyib. Onun sözlərinə görə, nənəsinin nəşi 3 günə Azərbaycana gətiriləcək:

"Nənəm Honq-Konqa həm bibimi ziyarət etmək, həm də xəstəliyi ilə bağlı bəzi müayinələr etdirmək üçün getmişdi. Lakin orada səhhəti qəfildən pisləşib və vəfat edib. Nənəmin nəşi 3 gün ərzində Bakıya gətiriləcək".

Xatırladaq ki, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ötən gün Honq-Konqda yaşayan qızı Canana Paşa Süleymaninin evində vəfat edib. Sənətkar 82 yaşında dünyasını dəyişib.

Son xəbərlər