Edillidə erməni əsirliyində olan şəxs vəfat edib

Edillidə erməni əsirliyində olan şəxs vəfat edib
Hadisə 112

28.08.1993-cü il tarixindən 14.12.1994-cü il tarixinədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Şıxəliyev Şəmsi Canəhməd oğlu vəfat edib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, Şəmsi Şıxəliyev uzun müddət xəstəlikdən əziyyət çəkib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından faktı təsdiqləyiblər.

Son xəbərlər