Ali Məhkəmə Ramiz Tatarovun cəzasını azaldıb

05
okt
2022
16:43
Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyəti təyin olunmuş cəzanı ağır hesab edərək şikayəti qismən təmin edib.
Qərara əsasən, Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.
Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi isə həbs müddətini 3 ay azaltmışdı.
Oxşar xəbərlər
Ağstafanın sabiq icra başçısı və müavinin həbs müddəti uzadılıb
Səbail rayon Məhkəməsində Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov barəsində seçilmiş həbs qətimkan tədbirin...