Şagirdlərin məktəbdə pomidor-yumurta bişirməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO

Bakının 48 saylı məktəbində şagirdlərin yemək bişirməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.
BAKU.WS xəbər verir ki, məktəbdən APA-ya bildirilib ki, şagirdlərin məktəbdə yemək bişirməsi ilə bağlı yayılan videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib.
“Uşaqlar həmin gün özləri ilə bir sıra ləvazimatlar gətiriblər və dərsdən sonra sinif otağında yemək bişiriblər. Məsələdən xəbər tutan kimi məktəb rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülüb, sinif rəhbəri, valideyn və uşaqlarla söhbət aparılıb.
Sinif rəhbəri dəyişdirilib. Videonu çəkən şagird isə sinifdə qaldığı üçün ötən dərs ilinin sonunda məktəbdən çıxıb”, - qeyd olunub.
***15:09
Bakıda şagirdlər məktəbdə pomidor-yumurta bişiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, 10-cu sinif şagirdləri müəllimləri dərsə gəlmədiyi və onu əvəz edən başqa bir müəllim olmadığı üçün vaxtlarını yemək bişirərək keçirməyə çalışıblar. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirdikləri anları lentə alıblar.
Qeyd edək ki, məlumatı ilk olaraq Yenisabah.az saytı yayıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
