Cəlilabadda yol qəzası olub, ölənlər və yaralananlar var

Cəlilabadda yol qəzası olub, ölənlər və yaralananlar var
Hadisə 100

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "VAZ 2107" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində iki nəfər - Mübariz Aslanov və Niyaz Rəcəbov ölüb, bir neçə nəfər yaralı isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər